Milli Məclis Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi fevralın 1-də Milli Məclisin plenar iclasında müzakirə edilib.
Qeyd edək ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa şəhərində imzalanıb.