Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilmişdir. Qeyd edilən dəyişiklik nəticəsində ölkənin avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisi artacaqdır.