Dekabrda Azərbaycandan MDB ölkələrinə 142,6 milyon dollarlıq məhsul göndərilib

2022.01.31 17:47 (UTC+04:00)

2021-ci ilin dekabrında Azərbaycandan MDB ölkələrinə 142 milyon 657 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd edilən dövrdə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 319 milyon dollar olub.