Keçən il “Azərkosmos” 45,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib

2022.01.31 16:43 (UTC+04:00)

2021-ci ildə “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 45,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayında bildirilir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizidir. Ötən ilin dekabrında isə “Azərkosmos” ASC dünyanın 28 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. İxracda beş əsas ölkə Fransa (11,4 milyon dollar), ABŞ (10,4 milyon dollar), Birləşmiş Krallıq (9 milyon dollar), Malayziya (6,9 milyon dollar) və BƏƏ-dir (1,9 milyon dollar).