Azərbaycan dekabrda 3,7 milyard dollarlıq ticarət əməliyyatları aparıb

2022.01.31 15:28 (UTC+04:00)

Ötən ilin dekabrında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 3 milyard 702,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi dəyərinin 2 milyard 407,2 milyon dolları ixracın, 1 milyard 295 milyon dolları isə idxalın payına düşüb.