Bakıdan Şuşaya avtobus reyslərinin sayı artırılır

2022.01.31 15:01 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərə avtobus marşrutlarının təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, təhlillər nəticəsində Bakı–Şuşa–Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı–Şuşa–Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.