Ötən il idxal əməliyyatlarının ən yüksək göstəricisi dekabrda qeydə alınıb

2022.01.31 13:58 (UTC+04:00)

2021-ci ildə Azərbaycanda ən çox idxal əməliyyatları dekabrda aparılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, keçən il idxal əməliyyatlarının ən yüksək göstəricisi dekabrda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, dekabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 295 milyon ABŞ dolları, yanvarda isə 790,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən il idxalın dəyəri 11 milyard 705,7 milyon dollar olub.