Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

2022.01.31 12:33 (UTC+04:00)

Ötən il Azərbaycandan MDB ölkələrinə 1 milyard 791 milyon 71 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2020-ci ilə nisbətən 484 milyon 976 min dollar çoxdur.

2021-ci ildə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 926 milyon 570 min dollar olub.