Ötən il 147,7 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib

2022.01.29 11:54 (UTC+04:00)

Ötən il 147,7 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 116,2 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin müvafiq dövründə dəyəri 52,3 milyon dollar olmaqla 81,9 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.