Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

2022.01.28 16:47 (UTC+04:00)

2021-ci ildə Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, keçən il Rusiyaya 877,7 milyon dollar, Türkiyəyə 675,8 milyon ABŞ dolları, İsveçrəyə 224,1 milyon dollar, Gürcüstana 157,4 milyon dollar, ABŞ-a isə 74,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.