İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 946 ipoteka krediti verilib

2022.01.28 16:25 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 36 min 946 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 8 milyon 748 min 348 manatdır.