Ötən il Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın keçən il ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Xorvatiya və Almaniya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 9 milyard 243,5 milyon ABŞ dolları, Xorvatiyaya 751,2 milyon dollar, Almaniyaya isə 650,2 milyon dollar təşkil edib.