Elman Rüstəmov: Mərkəzi Bankın valyuta hərraclarında satış artıb

2022.01.28 13:55 (UTC+04:00)

Yanvarda Azərbaycan Mərkəzi Bankının valyuta hərraclarında satış artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında deyib.

O bildirib ki, bu, ilin sonunda dövlət büdcəsi xərclərinin artması, dövriyyəyə daha çox milli valyuta buraxılması ilə bağlıdır.