Azərbaycanda COVID-19 pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlardan dövlət zəmanəti ilə kredit almaq üçün 6940 müraciət daxil olub və 1,7 milyard manat məbləğində vəsait istənilib.
Bu barədə Sahibkarlığın İnkişafı Fondunun 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında Fondun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev deyib.
O bildirib ki, müraciətlərdən 2630-na müsbət cavab verilib və dövlət zəmanəti ilə 499,8 milyon manat kredit ayrılıb. Kreditlərin say üzrə 99,4 faizi, məbləğ üzrə isə 91,7 faizi mikro, kiçik və orta sahibkarlarıq subyektlərinin payına düşüb.