Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin yüksəldilməsi haqqında qərar qəbul edib.
Bu barədə AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında deyib.
O bildirib ki, uçot dərəcəsi 7,25 faizdən 7,5 faizə, yuxarı həddi isə 8,25 faizdən 9 faizə yüksəldilib. Dəhlizin aşağı həddi 6 faizdə saxlanılıb.