Bu il sahibkarlara 140 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulub

2022.01.28 11:51 (UTC+04:00)

Bu il güzəştli kreditlərin verilməsi ilə bağlı 140 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Bu barədə Sahibkarlığın İnkişafı Fondunun 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında Fondun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev deyib.

O bildirib ki, ötən il güzəştli kreditlərin verilməsi ilə bağlı 130,6 milyon manat nəzərdə tutulsa da, Fond tərəfindən 135 milyon manat təsdiq edilib. Təsdiq edilən vəsaitin 130 milyon manatı ötən il verilib, 5 milyon manatı isə bu il mərhələli şəkildə veriləcək.

“İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə bağlı daxil olan müraciətlər əsasında güzəştli kreditlərin verilməsinə müsbət baxılacaq, həmçinin əlavə güzəştlər də tətbiq oluna bilər”, - deyə Osman Xaliyev əlavə edib.