Ötən il sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı 20,8 faizə çatıb

2022.01.28 10:53 (UTC+04:00)

2021-ci ilin sonuna sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 959,3 milyon manat təşkil edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Ötən il sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı 20,8 faizə çatıb ki, bu da 2020-ci il (11,4 faiz) və 2019-cu illə (9,6 faiz) müqayisədə daha yüksək göstəricidir. Qeyri-neft sənaye ixracında həmin göstərici 30,8 faiz təşkil edir”, - deyə nazir qeyd edib.