Mühərrikin həcmi və istehsal tarixinə görə aksiz dərəcələri dəyişdirilib

2022.02.01 16:59 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilir ki, mühərrikin həcmi 3.000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri dəyişdirilmişdir.

Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə münasibətdə 1,2; dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.