Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 milyard manat, o cümlədən, 2021-ci il üzrə 247,7 milyon manat investisiya yatırılıb, 9700-dən çox iş yeri yaradılıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, mövcud layihələr üzrə əlavə olaraq 370 milyon manatdan çox investisiyanın yatırılması və 2400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.