2021-ci ildə sənaye zonalarında 2,4 milyard manatlıq məhsul istehsal edilib

2022.01.27 14:23 (UTC+04:00)

Sənaye zonaları iqtisadiyyatın diversifikasiyasında, xüsusilə qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır. 2021-ci il ərzində sənaye zonalarında 2,4 milyard manat dəyərində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 88,3 faiz çoxdur.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, ötən il sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15,5 faizə yüksəlib, qeyri-neft sənaye istehsalının artımındakı payı isə 30 faiz təşkil edib.