Dəniz limanlarında 8,7 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

2022.01.27 13:43 (UTC+04:00)

Ötən il dəniz limanlarında 8 milyon 876 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 8 milyon 411,8 min tonunu və ya 94,8 faizini tranzit yüklər təşkil edib. Yanvarın 1-nə limanlarda qalan yüklərin həcmi 231,1 min ton olub.

Keçən il dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilə nisbətən 13,2 faiz azalaraq 17,7 min nəfər təşkil edib.