Kəlbəcərə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı konseptual layihələr hazırlanıb

2022.01.27 13:18 (UTC+04:00)

Kəlbəcərə dəmir yolu xətti üzrə konseptual layihələr hazırlanıb, hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin birinci hissəsi üzrə işlər başlanıb, ikinci hissəsinin layihələndirilməsi işləri aparılır. Həmçinin Füzuli-Şuşa və Horadiz-Ağbənd dəmir yolu xətləri də layihələndirilir.