Ötən il fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 5 faiz artıb

2022.01.27 12:45 (UTC+04:00)

Ötən il ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 219,4 min nəfər və ya 5,0 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, 2022-ci il yanvarın 1-nə uçota alınmış sığortaolunanların sayı 4,60 milyon nəfər təşkil edib.