Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi artıb

2022.01.26 18:30 (UTC+04:00)

Yanvarın 26-na Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 400 milyon manat təşkil edib.

AMB-dən bildirilib ki, 28 günlük notlar üzrə son faiz dərəcəsi 6,01 faizdir. Qeyd edək ki, yanvarın 12-də dövriyyədə olan notlarının ümumi dəyəri 200 milyon manat olub.