İndiyədək Rusiyanın 14 şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün təkliflərini irəli sürüblər.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yanvarın 26-da jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.
Diplomat qeyd edib ki, bu sahələrə kənd təsərrüfatı, tikinti materialları istehsalı, dəmir yolu xəttinin, enerji obyektlərinin tikilməsi daxildir. Lakin bu şirkətlərdən neçəsinin müraciətinin qəbul olunacağı hələlik məlum deyil.
Səfir, həmçinin deyib ki, bu il Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası keçiriləcək. “Bununla bağlı Tədbirlər Planı artıq hazırdır. Biz bu məsələ ilə yaxından məşğul oluruq. Ən yüksək səviyyədə görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin bir sıra mühüm sazişlərin imzalanması nəzərdə tutulur”, - deyə Mixail Boçarnikov vurğulayıb.