OECD transsərhəd vergi mübahisələrinin həllinə dair rəyləri öyrənir

2018.12.04 11:30 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Braziliyada, Bolqarıstanda, Çində, Honkonqda, İndoneziyada, Papua-Yeni Qvineyada, Rusiyada və Səudiyyə Ərəbistanında sərhədlərarası mübahisələrin həllinə dair prosedurlarla bağlı məlumatların toplanması üçün rəy və təkliflərin göndərilməsi barədə müraciət etmişdir. Anketdə toplanılan məlumatlar "Çoxtərəfli BEPS konvensiyası"nın təsdiqlənməsi məqsədilə hesabatların hazırlanması üçün ölkələrin təcrübələri üzrə ekspert qiymətləndirməsinin aparılmasına yardım edəcək. "Hərtərəfli çərçivə sənədinin əsası" 2015-ci ildə imzalanmış BEPS sazişləri ilə müəyyənləşdirilmiş minimal standartlara əməl etməyə razılıq vermiş 123 ölkədən ibarət koalisiyaya təqdim edilmişdir. Bu sənəddə vergi mübahisələrinin həllinin təkmilləşdirilməsi ilə bağlı müddəalar da əhatə olunmuşdur. Rəy və təkliflərin göndərilməsi dekabrın 13-dək davam edəcək.