Ötən il məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 126,3 milyon manat vəsait ödənilib

2022.01.26 12:03 (UTC+04:00)

Ötən il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 126,3 milyon manat vəsait ödənilib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,0 milyon manat və ya 11,5 faiz daha çox vəsait xərclənib.