Ümumi inşaat işlərinin 84,4 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

2022.01.26 11:03 (UTC+04:00)

2021-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 12,1 faizini əsaslı təmir, 6,1 faizini cari təmir, 19,7 faizini isə digər tikinti işləri təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ümumi inşaat işlərinin 84,4 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.