Vergi Məcəlləsində edilmiş dəyişikliklər onlayn görüşdə müzakirə ediləcək

2022.01.25 17:38 (UTC+04:00)

Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergiödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd edilən tədbirlərin davamı olaraq yanvarın 27-də saat 15:00-da “Zoom” platforması üzərindən 300 vergi ödəyicisinin iştirakı ilə onlayn görüşün keçirilməsi nəzərdə tutulub.

Qeyd edilən görüşdə iştirak etmək istəyən vergiödəyiciləri https://fxo.io/m/tigers-incredible-1202 və “t.me/xidmetbot ” linkləri vasitəsilə yanvarın 27-də saat 14:45-dək görüşə yazıla bilərlər.