Ötən il ölkəmizdə özəl sektorda investisiya fəallığı kifayət qədər yüksək olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala investisiyalar (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla) real ifadədə 23,3 faiz artaraq 4,5 milyard manata çatıb.