Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI) prezidenti Aleks Kaplun ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə agentliyin ölkələrimizin KOB-ları arasında əlaqələrin inkişafında maraqlı olduğu diqqətə çatdırılıb, bu istiqamətdə palata ilə əməkdaşlıq və birgə tədbirlərin təşkili imkanlarına dair fikir mübadiləsi aparılıb.