İqtisadiyyat Nazirliyində qanvermə aksiyası keçirilir

2022.01.24 18:02 (UTC+04:00)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə İqtisadiyyat Nazirliyində növbəti qanvermə aksiyası keçirilib. Bu xeyirxahlıq çağırışına qoşulan İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşları donorluq aksiyasında qan veriblər. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Yanvarın 28-dək davam edəcək qanvermə aksiyasında 1100 əməkdaşın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşları hər il iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.