Cari ilin dekabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 17,6 faiz artaraq 23 milyard 874,9 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bank sektorunun xarici öhdəlikləri dekabr ayında ilin əvvəlinə nəzərən 157,5 milyon manat azalaraq 1 milyard 63,2 milyon manat olub. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin depozitlərinin həcmindəki azalma ilə əlaqədardır.