Dekabrın 31-nə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 38 milyard 462,2 milyon manat, cəmi öhdəlikləri 33 milyard 492,9 milyon manat, balans kapitalı 4 milyard 969,3 milyon manat olub.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, ilin əvvəlindən bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 20 faiz, 22,4 faiz və 5,7 faiz artıb.