Ötən il Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 5 mindən çox vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 1264-ü KOB maraqlarının müdafiəsi ilə bağlıdır.
Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 24-də ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 1264 müraciətin 26 faizi dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 61 faizinə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 8 faizi isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.