Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2021-ci il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 700,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 13 milyard 523,2 milyon manatı və ya 81 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 786,3 milyon manat olub və ümumi kredit portfelinin 4,7 faizini təşkil edib.