Ötən il əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci illə müqayisədə 4,8 faiz artaraq 7 milyard 758,2 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 885 milyon manatlıq xidmət göstərilib ki, bu da
xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib. 2021-ci ildə hər bir ölkə sakini orta hesabla 774,4 manatlıq və ya 2020-ci illə müqayisədə nominal ifadədə 72,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.