Neft-qaz sektoruna ötən il 5765,5 milyon manatlıq vəsait yönəldilib

2022.01.24 10:33 (UTC+04:00)

2021-ci ildə neft-qaz sektoruna 5765,5 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 10361,5 milyon manatlıq vəsaitin 1563,0 milyon manatı (ümumi sərmayənin 9,7 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.