İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

2022.01.21 19:03 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, onlayn formatda keçirilmiş iclasda İctimai Şuranın reqlamenti müzakirə edilib, Şura üzvlərinin təklif, rəy və tövsiyələri dinlənilib. İclasda, həmçinin İşçi qrupların tərkibi, 2022-ci il üçün Fəaliyyət Planı təsdiq edilib, peşəkar birlik və assosiasiyalarla keçirilməsi nəzərdə tutulan ilk görüş barədə fikir mübadiləsi aparılıb.