İqtisadiyyat naziri: Ölkədə istehlak bazarının həcmi 53 milyard manata çatıb

2022.01.21 18:05 (UTC+04:00)

2021-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə edilmiş müsbət tendensiyalardan biri istehlak tələbinin canlanması olub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, ölkədə istehlak bazarının həcmi real ifadədə 3,7 faiz artaraq 53 milyard AZN-ə çatıb.