Ötən il qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 17 faiz artıb

2022.01.21 17:30 (UTC+04:00)

2021-ci ildə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 17 faiz, aksizlər üzrə 25 faiz, mənfəət vergisi üzrə isə 16,3 faiz artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, qeyri-neft sektorunda vergi daxilolmalarının ən yüksək artım templəri ictimai iaşədə 84,1 faiz, pərakəndə ticarətdə 53,7 faiz, sənayedə 29,3 faiz və xidmət sektorunda 19,7 faiz müşahidə olunub.