Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin kənd təsərrüfatı, heyvandarlıq, qida, tikinti və turizm sektorlarında fəaliyyət göstərən “Sancaktar” şirkətinin rəhbəri Hikmət Sancak Başçil ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə ölkəmizdə heyvandarlıq sahəsində investisiya imkanlarına və digər əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.