Qazaxıstan Respublikasının yeni milli iqtisadiyyat naziri Alibek Kuantırov bərk faydalı qazıntıların hasilatı üçün əlavə vergi tətbiq etmək təklifini irəli sürüb.
"Bütün bərk faydalı qazıntılar üçün qiymət konyukturu nəzərə alınmaqla faydalı qazıntıların hasilatına verginin hesablanması mexanizminin müəyyənləşdirilməsi təklif olunur. İkinci təklif də budur ki, neft məhsullarının istehsalçıları və tədarükçüləri zəncirindən marjanın bir hissəsi tutulmalıdır", - A.Kuantırov bildirib.
TASS agentliyinnin xəbərinə əsasən, Qazaxıstanın milli iqtisadiyat nazirinin təklifində neft məhsullarının istehsalçıları və tədarükçüləri zəncirindən marjanın bir hissəsinin tutulması “aksiz dərəcələrinin artırılması vasitəsilə” planlaşdırılır.