Ötən il icbari tibbi sığorta üzrə proqnoz 103,5 faiz yerinə yetirilib

2022.01.19 18:23 (UTC+04:00)

2021-ci ildə işsizlikdən sığorta üzrə daxilolmalar 10,4 faiz artaraq 135 milyon manata çatıb və proqnoz 112,2 faiz səviyyəsində icra edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Öz növbəsində, icbari tibbi sığorta üzrə isə proqnoz 103,5 faiz yerinə yetirilib və daxilolmalar 595 milyon manatdan çox olub”, - deyə nazir diqqətə çatdırıb.