Dənli və dənli paxlalı bitkilərin istehsalı 3,3 faiz artıb

2022.01.19 14:35 (UTC+04:00)

Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2021-ci ildə qarğıdalı da daxil olmaqla 998,7 min hektar sahədən, hər hektardan orta hesabla 32,8 sentner olmaqla, ilkin çəkidə 3 milyon 363 min ton dənlilər və dənli paxlalı bitkilər toplanıb.

Ötən il 2020-ci ilə nisbətən istehsal 3,3 faiz və ya 105,9 min ton artıb.