Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb

2022.01.19 13:50 (UTC+04:00)

Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb və bu, 2019-cu illə müqayisədə 11 milyard manatadək çoxdur.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb.