Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,72 dollar artaraq 90,56 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 30-da 90 dollardan baha (90,52) satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 18-də (89,84) qeydə alınmışdı.