Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,90 dollar artaraq 88,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar bahalaşaraq 86,43 dollar olub.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti ötən gün 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.