Əli Əsədov: Kənd təsərrüfatı və ərzaq idxalı ümumi idxalın 18 faizini təşkil edir

2022.01.18 19:41 (UTC+04:00)

Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45 faizdən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb.

Bu fikirləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 18-də ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə söyləyib.

Baş nazir diqqətə çatdırıb ki, kənd təsərrüfatı və ərzaq idxalı 2,1 milyard dollar olmaqla ümumi idxalın 18 faizini təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub.