Keçən ay külək elektrik stansiyalarında 7,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib

2022.01.18 18:04 (UTC+04:00)

Ötən ilin dekabr ayında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 7,9 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, ötən ay ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 3,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.